I Liqa klublarının cəzaları açıqlandı

19:12 - 13 Fevral 2024

İntizam Komitəsinin növbəti icalsı keçirilib.

Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda I Liqanın XIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

08.02.2024-cü il tarixində I Liqanın XIII turunun “Difai Ağsu” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

08.02.2024-cü il tarixində I Liqanın XIII turunun “Mingəçevir” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);

09.02.2024-cü il tarixində I Liqanın XIII turunun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 nömrəli futbolçusu Rəşad Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 41).

Xəbər xətti