MOİK Mingəçevirdən 3 xalla qayıdır - VİDEO

20:22 - 14 Fevral 2024

Futbol üzrə Azərbaycan I Liqasında XIV tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 25-ə yüksəldən MOİK turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 14 xalı olan "Mingəçevir" isə 8-ci yerdədir.

"Mingəçevir" - MOİK 0:1
Qol:
 Ramil Orucov, 1

Xəbər xətti