"Qarabağ"ın oyununun biletləri satışda

10:59 - 25 Fevral 2024

Misli Premyer Liqasının 24-cü turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 11:00-dan etibarən iticket.az-da satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər iticket.az-da onlayn, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması saat 19:00-da start götürəcək.

Xəbər xətti