"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 14-cü turunda öz meydanında "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Zirə"ni təbrik edirəm. Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-cı dəqiqədən sonra oyundan düşdük və uduzduq. Toparlanıb qarşıdakı oyunlara köklənmək və bu matçı unutmaq lazımdır.
- Matçın qırılma anı penalti qərarının dəyişdirilməsi oldu?
- Son dönəmlərdə əleyhimizə, leyhimizə o qədər qərarlar görürük ki... Çoxu da əleyhimizə olur. Xətti necə çəkirlər... Ondan qabaq da qol epizodlarımız oldu. Qol vursaydıq, tam başqa cür olardı. Belə oyunları uduzanda təsir edir. Çünki ilk yarıda istədiyimizi edirdik.
- "Zirə" son 10 oyunda qələbə qazanmamışdı, 9 oyundur qol vura bilmirdi. Daha aqressiv olacaqları gözlənilirdi. Bunu nəzərə almışdız?
- Əlbəttə. "Neftçi" ilə oyunlarını da izləmişdik. Hər üç qol epizodunu da özümüz verdik. İki qol da rekaşetdən sonra vuruldu. Biz özümüz özümüzə qol epizodları yaratdıq. Səhvlərimizdən istifadə etdilər. "Zirə" bizim üçün böyük ölçüdə çətinlik yaratmadı. 60-cı dəqiqədən sonra demək olar ki, uşaqlar sındılar.
Mirbağırağa
saytlarin hazirlanmasi