Sumqayıtda işıqlandırma problemi həll olundu

16:09 - 26 Fevral 2024

Azərbaycan Premyer Liqasının 25-ci turunun "Sumqayıt" - "Kəpəz" matçının başlama saatı dəyişdirilib.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma 1 mart tarixində baş tutacaq.

Xəbər xətti