"Kəpəz"in Premyer Liqanın 26-cı turunun "Neftçi" ilə ev oyununu Tovuzda keçirəcəyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin 28-ci turda "Qarabağ"a qarşı matçının da məkanı bəlli olub. Qarşılaşma Bakıda baş tutacaq.
İki klub arasında əldə oluna razılığa görə, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. "Kəpəz" ev sahibi qismində çıxış edəcək.
Qeyd edək ki, "Kəpəz" çempionatın ikinci yarısının ev oyunlarını Qəbələdə keçirirdi. Lakin "Qəbələ" rəhbərliyi ot örtüyü yükləndiyi üçün "sarı-göylər"in növbəti matçlarını burada oynamasına razılıq verməyib.
saytlarin hazirlanmasi