"Sumqayıt" - "Kəpəz" matçının biletləri satışda

17:30 - 27 Fevral 2024

Azərbaycan Premyer liqasının 25-ci turunun “Sumqayıt” – “Kəpəz” matçına bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, 1 mart, saat 19:00-da keçiriləcək qarşılaşmaya biletləri onlayn olaraq iTicket.az saytından, fiziki formada 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi və Mehdi Hüseynzadə adına stadionun kassasından (16:00-dan 19:00-dək) əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Xəbər xətti