Polşa mətbuatında Azərbaycan millisinin müdafiəçisi, “LKS Lodz”da çıxış edən Rahil Məmmədovun ölkə çempionatının son turunda “Stal”a (0:1) vurduğu, amma ləğv edilən qolu haqda yazıblar.
Sportal.az xəbər verir ki, “weszlo.com” portalı millimizin vurduğu qol zamanı rəqibə qarşı kobud oynadığını qeyd edib:
"Görüşün 61-ci dəqiqəsində bir qədər anlaşılmaz epizod baş verdi. Rahil Məmmədov topa tullandı və güclü başla zərbə ilə Mateuş Koçalskinin qoruduğu qapıya qol vurdu. Məsələ burasındadır ki, o, tullanarkən əllərini işə salıb və rəqibini yüngül hərəkətlə itələmişdi. “Stal”ın futbolçusu Məmmədovun əllərini kürəyində hiss edən kimi, təbii olaraq yerə yıxıldı. Qol ləğv edildi və bu qərarla razı olmaq mümkündür, amma tam yox, 80 faiz. Qalan 20 faiz isə “Stal”ın müdafiəçisi Mateuş Matrasın çox dramatik şəkildə yıxılması ilə əlaqədardır".
Qeyd edək ki, "LKS Lodz" hazırda sonuncu pillədədir.
saytlarin hazirlanmasi