"Mançester Yunayted" yarımmüdafiəçisi Antonini mövsümün sonunda başqa kluba sata bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, klub rəhbərliyi braziliyalını istəyən klubdan 95 milyon avro tələb edəcək.
24 yaşlı futbolçu bu mövsüm Mançester klubunda 26 oyun keçirib, 1 qol vurub və 1 assist edib.
Antoninin "Mançester Yunayted"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi