"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya klubunun rəhbərliyini tənqid edib.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan təcrübəli futbolçu vəziyyətin yaxşı görünmədiyini deyib:
"Barselona"lılar həqiqəti bilmək istəyirlər. Heç nə edə bilmirsiz, amma klubun Çempionlar Liqasını qazanacağını söyləyirsiz. Sonra yarışmağa pulunuz olmayanda nə edəcəksiz? Klubun hazırkı vəziyyətindən xəbərim yoxdur, amma durumları o qədər də yaxşı görünmür. "Baxın, burada bir qəpik də yoxdur və yaxın iki-üç ildə biz tam gücümüzü akademiyaya verəcəyik" desəniz, insanlar sizi onsuzda başa düşəcəklər".
Jerar Pike 2008-2022-ci illərdə "Barselona"nın futbolçusu olub.
saytlarin hazirlanmasi