"Zirə" - "Kəpəz" matçının məkanı dəyişdirildi

15:17 - 6 Mart 2024

Azərbaycan Premyer Liqasının 27-ci turunun "Zirə" - "Kəpəz" matçının məkanı dəyişdirilib.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb:

“Zirə” Futbol Klubunun ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün klubun rəsmi müraciəti, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən Misli Premyer Liqasının XXVII turunun “Zirə” – “Kəpəz” görüşünün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmasına qərar verilib. Matç16 mart saat 16:00-da keçirələcək.

“Zirə” FK Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK stadionuna qayıdacaq".

Xəbər xətti