"Sabah" - "Qəbələ" oyununun biletləri satışda

17:54 - 6 Mart 2024

Misli Premyer Liqasının XXVI turu çərçivəsində baş tutacaq "Sabah" - "Qəbələ" oyununun biletləri satışa çıxıb.

Sportal.az xəbər verir ki, biletləri onlayn şəkildə "iticket.az" saytından (https://shorturl.at/zFPUZ), həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz. 

Qeyd edək ki, "Sabah" - "Qəbələ" matçı martın 9-da, saat 17:30-da "Bank Respublika Arena"da baş tutacaq.

Xəbər xətti