MOİK - "Araz Saatlı" matçında vurulan 10 qol - VİDEO

15:12 - 7 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XVII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, MOİK öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma "hərbçilər"in 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən MOİK çempionatın lideridir. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

MOİK - "Araz Saatlı" 6:4
Qollar: 
Elmir Rəhimzadə, 23, 87, Ramil Orucov, 37, Nicat Əskərov, 39, Nihad Qurbanlı, 58, Cavidan Abbaszadə, 82 - Nurlan Bayramov, 44 (avtoqol), Sequn Omotoşo, 48, Şamil Abdullayev, 62, Rəvan Əvəzov, 77

Xəbər xətti