Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı "Kəpəz"lə "Neftçi" arasında olub. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Digər görüşdə isə "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edib. Bu oyun Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
9 mart (şənbə)
“Kəpəz” – “Neftçi” 3:3
Qollar: Junior Martins 6, 61, Elçin Əlicanov 47 - Ozobiç 32, 57, 78 (p)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 15:00
“Sabah” – “Qəbələ” 2:1
Qollar: Davit Volkov, 19, 41 - Əyyub Allaş, 45+3
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 17:30