"Qarabağ"ın oyununun biletləri satışa çıxır

10:13 - 9 Mart 2024

Misli Premyer Liqasının 26-cı turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri bu gün saat 14:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" qarşılaşması sabah saat 18:00-da baş tutacaq.

Xəbər xətti