"Mançester Yunayted" evdə qələbə qazandı - VİDEO

21:55 - 9 Mart 2024

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Yunayted" doğma meydanda "Everton"u qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 47-yə yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 25 xalı olan "Everton" isə 16-cı yerdədir.

"Mançester Yunayted" - "Everton" 2:0
Qollar:
Bruno Fernandeş, 12 (pen), Markus Reşford, 36 (pen)

Xəbər xətti