"Atletiko" iki futbolçusunu saxlayacaq

13:44 - 10 Mart 2024

"Atletiko" liderlərini komandada saxlamaq niyyətindədir. 

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Stefan Saviç və Koke ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Artıq tərəflər arasında şifahi razılıq əldə edilib. Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilin yayına qədər “Atletiko”ya məxsus olacaq.

Qeyd edək ki, Saviçin müqavilə müddəti 2025-ci il iyunun 30-u, Kokedə isə bu mövsümün sonunda bitəcək. 
 

Xəbər xətti