"Barselona"nın yarımmüdafiəçisi Daniel Rodriqes karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Tottenhem" gənc futbolçunu azad agent kimi heyətinə qatmaqda maraqlıdır.
Futbolçunun Kataloniya təmsilçisi ilə müqavilə müddəti bu yay başa çatacaq.
"Barsa" futbolçusu ilə yeni müqavilə üçün razılıq əldə edə bilmir. 18 yaşlı futbolçu bu ildən əsas komandaya cəlb edilir. Onun "Tottenhem"ə keçməkdə maraqlı olduğu bildirilir.