"İrqçiliyə qarşı apardığı mübarizə hamı üçün nümunədir"

17:18 - 10 Mart 2024

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın(Madrid) vingeri Vinisius Juniorun İspaniya çempionatının oyunları zamanı sistematik olaraq irqçi təhqirlərə məruz qalmasına cavab verib.

Sportal.az xəbər verir ki, “sport.es”ə açıqlama verən Tebas bu cür danışıb:

"Vinisius vəziyyəti barədə hər yerdə bağıraraq danışmaq hüququ var. İrqçiliyə qarşı apardığı mübarizə hamı üçün nümunədir".

Xatırladaq ki, daha əvvəl mətbuatda Vinisiusun 27-ci turun “Valensiya” ilə oyununda (2:2) irqçi təhqirlərə məruz qalması barədə məlumat yayılmışdı. Artıq La Liqanın “yarasalar”ın azarkeşlərinin davranışı ilə bağlı araşdırmaya başladığı bildirilib. Bu mövsüm braziliyalı futbolçu bütün turnirlərdə 26 matçda iştirak edib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər xətti