Sabiq komandasına uduzdu, istefa verdi

11:34 - 10 Mart 2024

Türkiyənin "Fatih Karagümrük" klubu baş məşqçisiz qalıb.

Sportal.az xəbər verir ki, Şota Arveladze Türkiyə Superliqasının 29-cu turunun "Trabzonspor"la görüşündən sonra istefa verib.

Klub rəhbərliyi gürcü məşqçiyə inandığını bildirsə də, o, postunda qalmaq istəməyib. Şota futbolçu kimi 1993-1997-ci illərdə "Trabzonspor"da oynayıb. Daha sonra "Ayaks", "Reyncers", "AZ Alkmaar". "Levante"də çıxış edib.

"Fatih Karagümrük" Super Liqada 29 turdan sonra 29 xalla 16-cı pillədədir.

Xəbər xətti