İtaliya klubu gürcü üçün 150 milyon istəyir

11:49 - 10 Mart 2024

"Napoli" Xviça Kvaratsxeliyanı satmağa hazırdır. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol klubu gürcü yarımmüdafiəçi 150 milyon avro istəyir. 

Belə ki, onun xidmətində olan komanda həmin məbləği ödəyəcəyi təqdirdə, "Napoli" Xviçanı yayda da sata bilər.

Kvaratsxeliya 2022-ci ilin yayında "Dinamo"(Batumi) klubundan "Napoli"yə keçib.

O, bu mövsüm 36 matçda meydana çıxıb, 10 qol vurub və 5 assist ötürmə verib.

Gürcüstan millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatacaq.

Xəbər xətti