"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah komandanın baş məşqçisi Yurgen Kloppun Mersisayd klubunun düşərgəsini tərk edəcəyi haqda çıxan xəbərlərə ilk reaksiyası ilə bağlı xatirələrini bölüşüb.
Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan təcrübəli futbolçu bu cür danışıb:
"Saat 10:30-da komanda iclasımız oldu, bu da qəribə idi. Onun agentini gördüm və düşündüm ki, müqaviləni yeniləyir. Sonra Van Diyk mənə Kloppun komandadan gedəcəyini söylədi. Öz-özümə dedim ki, axı niyə?".
Xatırladaq ki, Yurgen Klopp mövsüm başa çatdıqdan sonra “Liverpul”u tərk edəcəyini iki ay əvvləl açıqlamışdı.
56 yaşlı mütəxəssis qərarını enerjisinin tükənməsi ilə izah edib. Alman çalışdırıcı onu da qeyd edib ki, gələn il nə klubda, nə də millidə işləyəcək. O, 2015-ci ildən "Liverpul"u çalışdırırdı.
saytlarin hazirlanmasi