Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, 402 klubunun yer aldığı siyahıda Azərbaycanın iki klubu – “Qarabağ” və “Neftçi” yer alıb.
Yeni reytinqə əsasən, Ağdam təmsilçisi 164,75 xalla 70-ci yerdən 61-ci yerə yüksəlib. “Qarabağ”ı 165 xalla “Marsel” qabaqlayıb. Azərbaycan çempionundan sonrakı komandası isə Xorvatiyanın “Dinamo”(Zaqreb) (163,5) klubudur.
“Neftçi” Cənubi Afrikanın “Orlando Pirates”, Perunun “Sezar Valyexo” və Yamaykanın “Kavaler” (hamısı - 60,75) klubları ilə birlikdə 398-ci yerdən yuxarı qalxaraq 378-ci yerdə qərarlaşıb.
Ayın ən yaxşı klubu İngiltərənin "Mançester Siti" (385) komandasıdır.
saytlarin hazirlanmasi