"Neftçi"yə iki qol vuran braziliyalı: "Möhtəşəm qollarıma görə xoşbəxtəm" - MÜSAHİBƏ

14:17 - 11 Mart 2024

"Kəpəz"in braziliyalı legioneri Junior Martins Sportal.az saytına müsahibə verib. 

- “Neftçi” ilə matçda 3:3 hesablı heç-heçə etdiniz. Həmin oyunda hər şey sizin üçün yaxşı alındı?

- Əlbəttə ki, bu matçda 3:3 oynamağımız bizim üçün yaxşıdır. Çünki “Neftçi” Azərbaycan böyük komandasıdır. Doğrudur, biz bu görüşdə qələbə də qazana bilərdik. Lakin çempionatdakı mübarizəsini nəzərə alsaq, bu yolda bizim üçün bir xal da pis sayılmamalıdır. 

- Qələbənizə mane olan nə idi? Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?

- Məncə, “Neftçi” ilə görüşdə iki xal itirdik. Çünki qələbə qazanmağa yaxın və layiq idik. Çox yaxşı oynamışdıq. Hər halda, bu futboldur və istənilən nəticənin baş verməsi də normaldır. Düzü, oynadığımız oyundan da razıyıq. 

- Qapınıza təyin edilən penalti epizodu haqqında nə düşünürsən? Sizcə, haqlı qərar idi?

- Mənə görə orada penalti yox idi(gülür). Amma təəssüf ki, VAR baş hakimi çağırdı və sonda qapımıza penalti təyin edildi. Artıq bu matç geridə qaldı. Biz indi qarşıdakı oyunu düşünməliyik. Fikrimizi də ora yönəltmişik. 

- “Neftçi” ilə matçda iki çox baxımlı qol vurdun. İlk qolu uzaqdan vurdun, ikinci qol isə kombinassiyalı gedişin sonunda vurulmuş baxımlı qol idi. Həmin qollarını necə şərh edərdin?

- Özüm də vurduğum möhtəşəm qollara görə çox xoşbəxtəm. Yəni, bu, böyük xoşbəxtlik üçün bir səbəbdir. Amma bayaq dediyim kimi, artıq “Neftçi” ilə oyun geridə qaldı. Bir oyunda olanlar xoş xatirədir, inam verir, amma növbəti matça köklənmək lazımdır. Bizim növbəti matçımız “Zirə”yə qarşıdır. Həmin oyuna köklənəcəyik.

- Bu mövsüm çox yaxşı performans nümayiş etdirirsən. Yeni mövsümə daha iddialı komandada başlamağın realdır? Bildiyim qədərilə, səni transfer etmək istəyən komandalar az deyil. Artıq təklif almısan, yoxsa yeni mövsümə “Kəpəz”də başlamaq istəyirsən?

- Hazırda bütün diqqətimi “Kəpəz”ə, burada çıxışımızı yaxşı başa vurmağa yönəltmişəm. Başqa heç nə düşünmürəm. Komandanın Premyer Liqadakı yerini qorumasına daha çox diqqət ayırmışam. Bütün kollektiv hamımız buna çalışırıq. Siz dediyiniz məsələlərlə menecerim məşğuldur, ona bağlı məsələlərdir. 

- Ümumiyyətlə, Azərbaycanda hansı komandada oynaya biləcəyini düşünürsən? Məsələn, “Qarabağ”da oynamaq istəyərsən, bu komandanın oyun tərzinə uyğun gəlirsən?

- İstənilən komandada oynamaq potensialım var. Üzr istəyirəm, amma bu mənim fikrimdir. Amma karyeramda daha böyük sınaqlara hazır olmalıyam. Ona görə də daim çalışıram, dayanmıram. Hər zaman meydana çıxanda ən yaxşısını edirəm.

- Ötən mövsüm Abdullah Şuaybu ilə əla tandem təşkil edirdiz. Bu tandem üçün darıxırsan? Ancaq maraqlıdır ki, “Kəpəz” Şuaybusuz da qollar vurur...

- Şuaybu mənim üçün qardaş kimidir. Təbii ki, onun üçün çox darıxıram. Qardaş kimi var və təbii ki, onun üçün çox darıxıram. 

Mirbağırağa

Xəbər xətti