"Zirə"nin legioneri: "15-20 gündən sonra tam hazır olacam"

14:49 - 11 Mart 2024

"Zirə"nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ”la keçirdikləri oyunu (1:3) haqda danışıb.

Sportal.az saytına açıqlama verən təcrübəli futbolçu həmin görüşdə komandasının yeganə qolunu vurmasını da şərh edib:

"Təəssüf ki, bu görüşdə uduzduq. Amma əlimizdən gələni etdik. Hər halda, rəqibin gücünü nəzərə almaq lazımdır. “Qarabağ”a qol vurduğum üçün şadam. Bizim yaxşı komandamız var və növbəti matçlarda uğur qazana bilərik".

O, komandasının avrokuboklar şansını da dəyərləndirib: “Zirə”nin avrokuboklara vəsiqə qazanmaq şansı yüksəkdir. Bizim çox yaxşı komandamız var. Hamımız birlikdə bunun üçün çalışacağıq. Hər şey öz əlimizdədir”.

Sezar artıq çəkisinin olması ilə bağlı suala belə cavab verib: "Özümə gəldikdə isə, yəqin ki, 15-20 gündən sonra tam hazır vəziyyət olacam".

Mirbağırağa

Xəbər xətti