Polşanın "Varta" klubunun baş məşqçisi David Şulçek ölkə çempionatının 24-cü turunun bu gün “LKS Lodz”a qarşı keçirəcəkləri oyun haqda danışarkən, rəqibin azərbaycanlı müdafiəçisi Rahil Məmmədov haqda da fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, polşalı mütəxəssis “SportoweFakty” portalına açıqlamasında millimizin üzvü haqda xoş fikirlər səsləndirib:
"Mövsümün hazırkı hissəsində “LKS Lodz” payıza qədərkindən daha yaxşı oynayır. Buna qış transferləri də təsir etdi. Rahil Məmmədov, Rıza Durmisi və Hüseyin Baliç kimi oyunçular mövsümün əvvəlindən komandada olsaydılar, yəqin ki, 13 xaldan çox xal qazanardılar".
Qeyd edək ki, hazırda "LKS Lodz" turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.