Bolqarıstan milli komandasının Bakıda keçiriləcək “FİFA series” layihəsi üzrə mini-turnirinin qarşıdan gələn oyunları üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi İlian Liyev iştirak ərizəsinə 26 futbolçu daxil edib:
Qapıçılar: İvan Dulgerov (“Çerno More”), Svetoslav Vutsov (“Slaviya” Sofiya), Dimitar Mitov (“Sent-Constoun”, Şotlandiya);
Müdafiəçilər: Viktor Popov, Jivko Atanasov (hər ikisi “Çerno More”), İvan Turitsov (ÇSKA, Sofiya), Patrik-Qabriel Qalçev (“Levski”), Aleks Petkov (“Şlensk”, Polşa), Petko Xristov (“Spetsiya”, İtaliya), Valentin Antov (“Kremoneze”, İtaliya), Yoan Stoyanov (“Hapoel Beer Şeva”, İsrail);
Yarımmüdafiəçilər: İvaylo Çoçev, Todor Nedelev (hər ikisi "Ludoqorets"), İlyan İliyev (“Çerno More”), Stanislav İvanov (“Arda”), Dimitar Tonev (“Krumovqrad”), İliya Qruev (“Lids”, İngiltərə), Filip Krastev (“Zvolle”, Hollandiya), Georgi Kostadinov (APOEL, Kipr), Svetoslav Kovaçev (“Axmat”, Rusiya)
Hücumçular: Aleksandar Kolev (“Krumovqrad”), Lukas Petkov (“Qreyter Fürt”, Almaniya), Georgi Rusev (“Sion”, İsveçrə), Kiril Despodov (PAOK, Yunanıstan), Martin Minçev (“Rizespor”, Türkiyə), Georgi Minçev (AEL, Kipr)
Xatırladaq ki, Bolqarıstan yığması Bakıda Tanzaniya (22 mart) və Azərbaycan (25 mart) komandaları ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi