"Kəpəz" klubu sponsor tapılması ilə bağlı yayılan xəbərlərə açıqlama gətirib.
Gəncə klubundan verilən məlumata görə hələ ki, konkret olaraq sponsor tapılmayıb.
Sportal.az həmin açıqlamanı təqdim edir:
"Klub rəhbərliyi olaraq Futbolun İnkişafı Fondu ilə birgə çalışıb "Kəpəz"ə sponsor tapılması üçün fəaliyyət göstəririk. Bu, bizim və fond rəhbərliyi üçün hazırda ən prioritet məsələdir. Həm birlikdə, həm də ayrı-ayrı olaraq müxtəlif səviyyələrdə görüşlər keçirilir, müzakirələr aparılır. İş adamları, şirkətlərlə danışıqlar olur. Təəssüflər olsun ki, hələ müsbət yöndə irəliləyiş yoxdur. İstər klubumuz, istərsə də FİF tərəfindən ayrı-ayrı şirkət təmsilçiləri klubun mövcud səraiti ilə tanış olmaq üçün bazaya dəvət olunurlar. Növbəti belə görüş keçirilib. Ortada hər hansı bir razılıq əldə edilməyib. Sadəcə bazaya baxış olub. Təbii ki, kluba sponsor tapılarsa, biz buna yalnız sevinə bilərik. Çünki məqsədimiz Gəncə futbolunu layiq olduğu yerə qaldırmaqdı".
saytlarin hazirlanmasi