İtaliya klubundan antirekord

18:51 - 11 Mart 2024

“Fiorentina” antirekorda imza atıb.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi İtaliya A Seriyasının 28-ci turunun "Roma" ilə görüşündə (2:2) penaltdən istifadə edə bilməyib.

Matçın 80-ci dəqiqəsində Kriştiano Biraqi penaltini dəqiq yerinə yetirməyib.

Bu isə “Fiorentina” üçün 2024-cü ildə beşinci reallaşmayan penalti kimi tarixə keçib.

“Bənövşəyilər” bu il 6 penaltidən yalnız birindən fərqlənə bilib.

“Fiorentina”nın 2024-cü ildə istifadə edə bilmədiyi penaltilər:

Cakomo Bonaventura - “Sassuolo” (A Seriyası);
Conatan İkone - "Napoli" (İtaliya Superkubokunun yarımfinalı)
Nikolas Qonzales "İnter" və "Latsio" (A Seriyası)
Kristiano Biraqi – “Roma” (Seriya A)

2024-cü ildə penaltini qola çevirə bilən “Fiorentina”nın yeganə futbolçusu M'Bala Nzoladır. O, “Udineze” ilə görüşdə fərqlənib. Florensiyalılar İtaliya A seriyasında 8-ci pillədədir.

Xəbər xətti