Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları baş tutacaq. 

Sportal.az xəbər verir ki, birinci oyun günündə iki oyun keçiriləcək. 

"Arsenal" "Porto" ilə qarşılaşacaq. London təmsilçisi növbəti mərhələyə adlamaq üçün ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. 

"Barselona" isə "Napoli"ni qəbul edəcək. 

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

12 mart

00:00 "Arsenal" (İngiltərə) - "Porto" (Portuqaliya)
İlk oyun 0:1

00:00 "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun 1:1