Azərbaycanlı futbolçuların komandaları qarşılaşdı, ev sahibi qalib gəldi

10:49 - 12 Mart 2024

Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Sertan Taşkının formasını geyindiyi "Manisa" Coşqun Diniyevin komandası olan "Ümraniyəspor"la üz-üzə gəlib. 

Görüş "Manisa"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Coşqunun sonadək ehtiyatda qaldığı matçda Sərtan 90 dəqiqə mübarizə aparıb.

“Manisa” 31 xalla 11-ci, “Ümraniyəspor” isə 30 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti