AFFA-nın təklifindən imtina edən Qazaxıstanın "Jenis" klubunun üzvü Rauf Allahverdiyev seçimində qalıb.
Sportal.az xəbər verir ki, 17 yaşlı futbolçu Qazaxıstanın U-19 yığmasına dəvət olunub. O, bundan əvvəl həmin ölkənin U-17 yığmasında çıxış edirdi.
AFFA əslən azərbaycanlı olan futbolçunu yığmaya dəvət etmək istəsə də, Allahverdiyev seçimini dəyişməyəcəyini və Qazaxıstan üçün oynayacağını bildirmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi