AFFA azarkeşlərinə görə "Kəpəz"i cərimələdi

15:34 - 12 Mart 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu gün keçirilmiş iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası XXVI tur

09.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov  hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 3000 manat cərimə edilir (maddə 43.3);

Xəbər xətti