"Sumqayıt" Ayxan Süleymanlı ilə müqavilə müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Tərəflər arasında bu mövsümün sonunda başa çatacaq anlaşma 3+1 il şərti ilə artırılıb.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi 2022-ci ildən komandamızın şərəfini qoruyur. O, bu vaxta qədər "Sumqayıt"ın heyətində 16 Premyer Liqa oyununda meydana çıxıb.
saytlarin hazirlanmasi