Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.
Lider "Baku Sportinq" səfərdə "Şəki Siti"yə məğlub olub. Çempionatın iddialı komandalarından olan "Füzluli" isə "Dinamo"ya qalib gəlib.
"Füzuli" - "Dinamo" 3:2
Qollar: Elvin Nəsibov, 51, 62, Emin Quliyev, 54 - Valeh Seyidov, 20 (pen), Fizuli Dəmirov, 80
"Şəmkir" - "Şəfa" 2:0
Qollar: Məzahir Əhmədov, 23, İlkin Əliyev, 48
Qırmızı vərəqə: Nicat Abbasov, 28, Ramiz Qasımov, 33 (hər ikisi "Şəfa")
"Lerik" - "Ağdaş" 1:0
Qol: Ruslan Tağızadə, 85
Qırmızı vərəqə: Azad Bayramzadə, 74 ("Lerik")
"Şəki Siti" - "Baku Sportinq" 3:2
Qollar: Tural Məmmədzadə, 9, 14, Yusif Cəfərov, 90+4 - Röyal Nəcəfov, 63, Elşad Manafov, 79