"Sumqayıt" - "Sabah" matçının biletləri satışda

19:34 - 12 Mart 2024

Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Sabah" qarşılaşmasının biletləri artıq satışdadır.

Sportal.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi və Mehdi Hüseynzadə adına stadionun kassasından (16:00-19:00 arası) əldə edə bilərsiniz.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Qeyd edək ki, "Sumqayıt" - "Sabah" qarşılaşması 17 mart tarixində, saat 19:00-da Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

Xəbər xətti