Türkiyə mətbuatı Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin "Kocaelispor"da ilyarımlıq alacağı məbləği açıqlayıb.
Sportal.az “Özgür Kocaeli” portalına istinadən xəbər verir ki, Şeydayev indiki yarımmövsüm üçün 250 min avro (təxminən 465 min manat), növbəti ildə isə 450 min avro (təxminən 845 min manat) qazanacaq.
Maraqlıdır ki, millimizin forvardı "Kocaelispor"a rəsmi transfer olunmazdan əvvəl Türkiyə mətbuatında onun illik 800 min avrodan yuxarı maaş alacağı iddia edilirdi.
Ramil Şeydayev "Buriram Yunayted"dən ayrıldıqdan sonra "Kocaelispor"la qışda 1,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi