Azərbaycan millisi Bakıda “FİFA series” layihəsi çərçivəsində Monqolustan (22 mart) və Bolqarıstan (25 mart) komandalarına qarşı keçirəcəyi oyunlar üçün planlarını müəyyənləşdirib.
Sportal.az saytına verilən məlumata görə, baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək Arif Əsədov komandanı martın 18-də bir yerə toplayacaq.
Həmin günü milliyə dəvət edilmiş bütün futbolçular onun sərəncamında olacaq.
Xatırladaq ki, Azərbaycan millisinin heyəti hələ açıqlanmayıb.
saytlarin hazirlanmasi