İtaliya A seriyasının təmsilçisi "Leççe" baş məşqçisini təqdim edib.
Sportal.az xəbər verir ki, klub Luka Qottiyə tapşırılıb.
"Spetsiya" və "Udineze"nin sabiq çalışdırıcısı "Leççe"yə mövsümün sonuna qədər rəhbərlik edəcək.
Komandanı yüksək liqada saxlayarsa, onunla müqavilə müddəti artırılacaq.
Qeyd edək ki, iki gün əvvəl klub rəhbərliyi Roberto D'Aversa istefaya göndərmişdi. "Leççe" İtaliya A seriyasında 20 komanda arasında 16-cı pillədədir.
saytlarin hazirlanmasi