Polşalılar millimizin üzvünü tərifləri

15:17 - 13 Mart 2024

Polşa mətbuatı ölkə çempionatının 24-cü turunun “Varta” ilə oyununda (1:0) “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun performansını yüksək qiymətləndirib.

Sportal.az xəbər verir ki, “Łódzki Sport” mətbuatı millimizin üzvü barədə bunları yazıb:

"O, artıq “LKS Lodz”da ən yaxşı oyunlarını keçirir. Məmmədov bu görüşdə bəzi səhvlərə yol verdi. Lakin heç də əhəmiyyətli deyil. Gülənlə birlikdə onları çətin bir iş gözləyirdi: “Varta” 30-dan çox ötürmə etdi və 9 künc zərbəsi qazandı. Buna görə də Rahilin gücü və boyu vacib idi. O, rəqibi ilə hava mübarizələrində bundan istifadə edirdi. 
Xüsusilə onun təşəbbüskarlığını və fəallığını bəyəndik. O, tez-tez topu almaq və komandasının hücumuna başlamaq üçün müdafiə xəttini tərk edirdi".

Qeyd edək ki, Rahil Məmmədov qışda "LKS Lodz"la 1,5 illik müqavilə imzalayıb.
 

Xəbər xətti