UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin 1/8 final mərhələsində cavab oyununu keçirilib.
Sportal.az xəbər verir ki, təmsilçimiz Almaniyanın Leverkuzen şəhərindəki "BayArena" stadionunda "Bayer"lə (Almaniya) qarşılaşıb.
Matç Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb.
00:00 "Bayer" - "Qarabağ" 3:2
Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 58, Juninyo, 67
Baş hakim: Entoni Teylor
Baş hakimin köməkçiləri: Qari Besuik, Adam Nann
Dördüncü hakim: Endryu Medli
VAR: Stüart Attuel
AVAR: Carred Qavan Cillet (Avstriya)
Komandalar arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
saytlarin hazirlanmasi