"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin iş yeri müəyyənləşib.
Sportal.az "championat.com"a istinadən xəbər verir ki, 40 yaşlı məşqçi artıq "Krasnodar"la rəsmi müqavilə imzalayıb.
O, bu postda Vladimir İviçi əvəzləyib. Musayev keçmiş komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qeyd edək ki, "Sabah"ın keçmiş çalışdırıcısı məşqçilik karyerasına "Krasnodar"da başlayıb. O, 2018-2021-ci illərdə əsas komandanın baş məşqçisi olub.
saytlarin hazirlanmasi