İsveçin "Yurqorden"in klubunun hücumçusu Musa Qurbanlı Azərbaycan milli komandasına dəvət alıb.
Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı forvard “FİFA series” layihəsi çərçivəsində yığmamızın Bakıdakı mini-turnirdə Monqolustan (22 mart) və Bolqarıstana (25 mart) qarşı keçirəcəyi görüşlərdə iştirak edəcək.
Arif Əsədov gənc hücumçunun xidmətinə ehtiyac duyub.
Qeyd edək ki, Musa "Yurqorden"lə 2023-cü il iyulun 7-də müqavilə imzalayıb. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur.
saytlarin hazirlanmasi