"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 final mərhələsinin "Sparta" ilə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, “UEFA”ya danışan almaniyalı mütəxəssis komandasının turnirdə uğurlu çıxış etmək istəyində olduğunu bildirib:
“Uşaqlar son həftələrdə kifayət qədər stabil oynadılar. Lakin biz bütün turnirlərdə uzun bir yarışdayıq və hələ finişə belə yaxınlaşmamışıq. “Sparta” vəziyyəti düzəltmək istəyir. Yaxşı oyun keçirməliyik. Çünki evdə, öz stadionumuzda oynayırıq. Bu bizim turnirimizdir. Biz Avropa Liqasını öz turnirimizə çevirmək və mümkün qədər uzağa getmək istəyirik”.
Qeyd edək ki, “Liverpul” Praqadakı ilk görüşdə rəqibini 5:1 məğlub edib.
saytlarin hazirlanmasi