İspaniya mətbuatı Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” və “Qarabağ” klubları arasında bu gün Leverkuzendə keçiriləcək cavab oyunundan (ilk oyun 2:2) yazıb.
Sportal.az xəbər verir ki, “Marca” qəzeti Ağdam klubunun yeni tarix yaza biləcəyini qeyd edib:
"Bayer"i Avropa Liqasında kuboka gedən yolda bu axşam çətin oyunla qarşılaşacaq. Xabi Alonsonun komandası "Qarabağ"la 1/8 finalın ilk oyunda 2:2 hesablı heç-heçədən sonra yaxşı nəticə əldə etməli olacaq. Leverkusen komandasının baş məşqçisi Xabi Alonso “mən belə oyunları xoşlayıram, burada ya davam edirsən, ya da sıradan çıxırsan” demişdi.
Azərbaycan çempionu bu mövsüm bütün yarışlarda heç vaxt uduzmayan Avropanın yeganə komandasının məğlubiyyətsiz seriyasını son qoymağa ən yaxını idi. Julio Romao və Elvin Cəfərquliyevin də cəzadan döndüyü Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıdakı ilk görüşdə Benzia və Juninyonun qollarından sonra 2:0 hesabı ilə öndə olsa da, Virtz və Şik “Bayer”in qollarını vurmuşdu.
Zədəli Bonifase və Artursuz oynayacaq "Bayer" şübhəsiz ki, cavab matçı üçün mübarizə aparacaq. Bununla belə, Tella, İqlesias və Adli kimi futbolçuların “start”da yer alması mümkündür. Qapıda kimin olacağı ilə bağlı çoxlu qeyri-müəyyənlik var idi, amma deyəsən, bu da həll olunub: Kovarj sağalmağı bacarıb. Maraqlıdır ki, komandalar artıq bu mövsüm qrup mərhələsində qarşılaşıblar. Hər iki oyunda Leverkuzen klubu qalib gəlib (5:1, 1:0). 2017/18 mövsümündə Çempionlar Liqasının qrupundan çıxmasına mane olaraq bir vaxtlar "Atletiko"nu təəccübləndirən "Qarabağ" avrokuboklarda tarix yazmağa davam etmək istəyir. 1/8 final "Qarabağ" üçün debütüdür, lakin indi onlar 1/4 final istəyirlər”.
Qeyd edək ki, "Bayer" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə 00:00-da keçiriləcək.
saytlarin hazirlanmasi