"Sumqayıt"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.
Sportal.az xəbər verir ki, bunlar pakistanlı İsa Suliman, Çaddan olan Kasimir Ninqa və Burundi yığmasına cəlb edilən Tresor Mossidir.
Pakistan millisi martın 21-də və 26-da dünya çemionatının Asiya zonası üçrə seçmə mərhələsində İordaniya ilə üz-üzə gələcək.
Çad yığması martın 22-si və 26-da Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə qarşılaşacaq. Burundi isə martın 22-də və 25-də Madaqaskar və Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.
saytlarin hazirlanmasi