"Qarabağ" avrokuboklardakı xallara görə yeni rekorda imza ataraq növbəti Avropa macərasını başa vurub.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Almaniyanın “Bayer” klubuna (2:2, 2:3) məğlub olaraq Avropa Liqasının 1/4 finalına yüksələ bilməyib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində 10 xal toplayıb və sonrakı matçlarda daha 4 xal toplamağı bacarıb. Bu, Azərbaycan klublarının Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsində 13-cü çıxışı kimi tarixə keçib.
UEFA reytinqinə gəlincə, Azərbaycanın 5 il ərzində ümumilikdə 20125 xalı var. Bu göstərici ilə Azərbaycan UEFA-nın reytinq siyahısında hələ də 27-ci yerdədir. Ən yaxın rəqib Bolqarıstan (20 375) və Slovakiyadır (19 625). Azərbaycan mövsümə 14,250 ilə başlayıb.
saytlarin hazirlanmasi