Almaniya futbolunun əfsanəsi, 1990-cı il dünya çempionu Lotar Matteus “Bayer”in Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendəki cavab matçında “Qarabağ” üzərindəki qələbəsini (3:2, ilk oyun 2:2) şərh edib.
Sportal.az xəbər verir ki, “Bild”ə danışan veteran futbolçu bunları deyib:
“Bu, “Bayer”in ən yaxşı oyunu deyildi. Amma əminəm ki, bu oyunu uzun müddət xatırlayacağıq. Komanda sona qədər oynadı və istəyinə nail oldu. Bu, Xabi Alonsonun rəhbərliyi altında komandanın son aylardakı inkişafını göstərir. Biz unudulmaz oyun gördük”.
saytlarin hazirlanmasi