“Napoli” Xviça Kvaratsxeliyanı komandada saxlamaq niyyətindədir.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi gürcü futbolçuya 2029-cu ilin yayına qədər müqavilə təklif edib.
Yeni müqaviləyə əsasən, Xviçanın maaşı hər mövsüm üçün 4 milyon avro (üstəlik 1 milyon avro bonus) olacaq. O, 2022-ci il iyulun 7-də “Dinamo”dan (Batumi) “Napoli”yə keçib.
saytlarin hazirlanmasi