"Bayer"in forvardı Patrik Şik yerli mətbuata açıqlama verib.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”a qarşı keçirilmiş cavab görüşündə dubl edərək komandasının qələbəsində önəmli rol oynayan çexiyalı hücumçu bunları deyib:
"Qarabağ”la matçda inanılmaz komanda ruhu nümayiş etdirdik. İkinci qolum təsadüfi deyildi.Son dəqiqələr ilk matçda olduğu kimi çılğın alındı. Axıra qədər mübarizə aparmalı olduq. “Qarabağ” təriflərə layiqdir: Bundesliqadakı rəqiblərimizdən tamamilə fərqli üslubda oynayırlar. Bu, işimizi çətinləşdirdi. Hücumçu kimi meydançaya çıxmaq və həlledici qollar vurmaq mənim üçün inanılmaz dərəcədə faydalıdır. İndi 1/4 finalı gözləyirik. Növbəti rəqibin kimin olmasının fərqi yoxdur, biz hər kəsə qalib gələ bilərik".
saytlarin hazirlanmasi